BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu üçün Dağlıq Qarabağ məsələsini orada hər zaman gündəmə gətirə bilər”

BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu üçün Dağlıq Qarabağ məsələsini orada hər zaman gündəmə gətirə bilər”
# 14 aprel 2012 07:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə BMT Təhlükəsizlik Şurası səviyyəsində münasibət bildirilib”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, səfir Fikrət Akçura bildirib.

O, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: “Bundan sonra ATƏT-in Minsk Qrupu yaradılıb və 4 qətnamənin icrası məsələsi Minsk Qrupuna həvalə olunub. Amma, çox təəssüf ki, münaqişə 20 ildir həllini tapmayıb. Artıq ciddi irəliləyiş əldə olunmadığı üçün insanlar da narahatdırlar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu üçün bu məsələni orada hər zaman gündəmə gətirə bilər. Bəlkə də bu 2 il müddətində Azərbaycanın təşəbbüsü ilə BMT TŞ Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirə bilər. Bu məsələ daha çox Azərbaycanın təşəbbüsündən asılıdır. Münaqişənin həlli ilə bağlı qətnamənin qəbulu üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin razılığı lazımdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR