İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb
# 20 fevral 2012 07:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın İmişli rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Gövhərli kəndində qeydə alınıb. Kənd sakini, 40 yaşlı Qalib Cəfərov hamamda çimərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Q. Cəfərovun iki uşaq atası olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR