Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin bir çox istiqamətində atəşkəs rejimini pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin bir çox istiqamətində atəşkəs rejimini pozub
# 05 sentyabr 2012 06:52 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə cəbhənin bir çox istiqamətində atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, atışmalar əsasən Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şirvanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR