“Standard&Poor’s” 15 İtaliya bankının reytinqlərini aşağı salıb

“Standard&Poor’s” 15 İtaliya bankının reytinqlərini aşağı salıb
# 04 avqust 2012 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. “Standard&Poor’s” beynəlxalq reytinq agentliyi 15 İtaliya banklarının reytinqlərini endirib. “APA-Economics”in xəbərinə görə, agentliyin məlumatında deyilir ki, bunun əsas səbəbi bankların vəziyyəti deyil, ölkə iqtisadiyyatında olan gərgin vəziyyətdir.

Reytinqi endirilən bankların sırasında ölkənin 5-ci ən iri bankı hesab olunan “Unione di Banche Italiane Scpa”, böyük banklardan “Monte dei Pasci di Siena SpA” da var. Eyni zamanda ölkənin ən aparıcı bankları olan “Mediobanca”, “Intesa Sanpaolo” и “UniCredit”in reytinqləri dəyişməz saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR