Mixail Saakaşvili: “Gürcü xalqı parlament seçkilərdə öz iradəsini göstərəcək”

Mixail Saakaşvili: “Gürcü xalqı parlament seçkilərdə öz iradəsini göstərəcək”
# 06 iyun 2012 00:24 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan vətəndaşlarını asanlaşdırılmış viza rejimi ilə əlaqədar Avropa Birliyi və Gürcüstan arasında dialoqun başlanması münasibətilə təbrik edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, viza və digər aktual məsələlər barədə fikrini bildirən Saakaşvili ABŞ-ın dövlət katibi Hillari Klintonun Gürcüstana səfərindən razı qaldığını Klintonla keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, səfər zamanı Klinton Gürcüstana konkret tövsiyələr verib. “Bu səfər sadəcə danışıqlardan ibarət olmayıb. Görüşdə bizə konkret köməkdən söhbət gedib. İlk öncə hərbi sahədə əsas yardım komponentlərin müəyyənləşdirilməsidir. ”
Brifinqdə Hillari Klinton jurnalistlərə bildirib ki, Gürcüstanda baş tutacaq seçkilərə konqresmenlər və senatorlar gələcək. “Onları heç kim ələ ala və ya qorxuda bilməyəcək.”
Gürcüstan prezidenti qeyd edib ki, hakimiyyət xarici qüvvələrə Gürcüstanın daxilindəki situasiyadan istifadə edərək provokasiyalar həyata keçirməyə imkan verməyəcək. Bu seçkilər gürcü xalqının azad iradəsinin necə olduğunu ortaya çıxaracaq. Xalq demokratiyaya dəstək verir və geri çəkilmək istəmir. Gürcü xalqı parlament seçkilərdə öz iradəsini göstərəcək.”
APA-nın Batumiyə ezam olunan müxbirinin məlumatına görə, mayın 5-də Batumidə rəsmi görüşlər keçirən ABŞ-ın dövlət katibi Hillari Klinton mayın 6-da səhər saat 9.00-da Azərbaycana səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR