İran prezidenti Qərb dövlətlərini kəskin tənqid edib

İran prezidenti Qərb dövlətlərini kəskin tənqid edib
# 21 iyun 2012 08:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Braziliyada səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad BMT-nin təşəbbüsü ilə iyunun 20-dən 22-dək Rio-de-Janeyroda “Davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. APA-nın məlumatına görə, Qərb dövlətlərini kəskin tənqid atəşinə tutan M. Əhmədinejad bildirib ki, müharibə, təcavüzkarlıq və iqtisadi böhranın olduğu dünyada bəzi dövlətlərin hegemonluğu hələ də davam edir: “Bu gün dünyamızdakı bütün mexanizmlər və siyasətlər siyasi, iqtisadi, maliyyə, təhlükəsizlik və hətta insan haqları məsələsində eyni məqsədə xidmət etmək üçün dizayn olunub. Ancaq bəziləri yalnız özlərini mütəfəkkir hesab edirlər. Onların hegemonluğu davam edir və onların doymaq bilməyən gözlərini doydurmaq üçün yeni planlar təqdim edirik. Dünyamızda müharibə, təcavüzkarlıq, düşmənçilik, iqtisadi böhran, əxlaq normalarının pozulması və buna bənzər bir çox qayğılar var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR