Təfəkkür Universitetinin rüşvətxorluqda təqsirləndirilən müəlliminin məhkəməsi başlayıb

Təfəkkür Universitetinin rüşvətxorluqda təqsirləndirilən müəlliminin məhkəməsi başlayıb
# 18 iyun 2012 11:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində R.Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət alarkən tutulub.

R.Rüstəmov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR