Gülər Əhmədova: “Orta məktəblərdə mülki müdafiə dərsləri keçilməlidir”

Gülər Əhmədova: “Orta məktəblərdə mülki müdafiə dərsləri keçilməlidir”
# 16 mart 2012 16:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA. “Orta məktəblərdə yenidən mülki müdafiə dərslərinin keçirilməsinə başlanılmalıdır”. APA-nın məlumatına görə, bunu millət vəkili Gülər Əhmədova Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib. O, Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində mühüm işlər gördüyünü qeyd etməklə yanaşı, məktəblilərin bu sahədə hazırlığına diqqət yetirilməsinin zəruriliyini vurğulayıb.

G. Əhmədova tikinti sektorunda şirkətlərin əhalini kütləvi surətdə aldatması hallarının müşahidə olunduğunu da söyləyib. Millət vəkili bu binalardan mənzil almaq istəyənlərin şirkətlərdən mənzilin sığortalanmasını tələb edəcəyi halda, bu problemin aradan qalxacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR