Azərbaycan paytaxtında bankın qapısını sındıraraq içəriyə daxil olmağa cəhd göstərilib

Azərbaycan paytaxtında bankın qapısını sındıraraq içəriyə daxil olmağa cəhd göstərilib
# 29 may 2012 09:36 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 28-də "Bank Respublika" ASC-nin Bakının Nizami rayonu ərazisindəki filialında qeydə alınıb. Filialdan daxil olmuş həyəcan siqnalı yoxlanılarkən bankın qapısının şüşəsini sındıraraq içəriyə daxil olmağa cəhd göstərmiş şəxs Baş Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR