İndoneziyanın şərqində 6.5 bal gücündə zəlzələ baş verib

İndoneziyanın şərqində 6.5 bal gücündə zəlzələ baş verib
# 03 sentyabr 2012 21:50 (UTC +04:00)
Bakı-APA. İndoneziyanın şərqində yerləşən Yava və Bali adaları sahilində 6.5 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sunami təhlükəsi elan olunmayıb.

Zəlzələnin episentri İndoneziyanın Banyuvangi şəhərindən 301 km aralıda yerləşib.
Yeraltı təkanlar 30 saniyə davam edib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR