Sumqayıtda dana əti adı altında at ətinin satılmasının qarşısı alınıb

Sumqayıtda dana əti adı altında at ətinin satılmasının qarşısı alınıb
# 01 avqust 2012 07:20 (UTC +04:00)
Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən iyulun 27-də Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO “ESPERO” markalı avtomobillə yarmarkaya gətirilib. Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdədən gətirilmiş ətin 140 kiloqramı at əti, 25 kiloqramı camış əti, 18 kiloqramı isə qoyun ətidir. Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında bu faktı təsdiq edib.

İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilmiş və müayinələr üçün laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR