“Ən çox sevdiyim idman növü” mövzusunda respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb

“Ən çox sevdiyim idman növü” mövzusunda respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb
# 05 aprel 2012 14:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ən çox sevdiyim idman növü” mövzusunda ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilmiş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, onlarda yaradıcılıq həvəsini artırmaqdı. Nazir müavini deyib ki, müsabiqə məktəb, rayon və respublika mərhələsi üzrə keçirilib: “Müsabiqənin respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib”.

Tədbirdə müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan 15 və həvəsləndirici yerlərə layiq olan 10 nəfərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR