AMİP “Azərbaycan və aktual beynəlxalq regional təhdidlər” mövzusunda dəyirmi masa keçirib

AMİP “Azərbaycan və aktual beynəlxalq regional təhdidlər” mövzusunda dəyirmi masa keçirib
# 30 mart 2012 14:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Azərbaycan və aktual beynəlxalq regional təhdidlər” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, AMİP sədri Yusif Bağırzadə Azərbaycanın regionda gücə malik Rusiya və İranın, eləcə də ABŞ və Avropanın maraqlarının toqquşduğu məkan kimi xarakterizə edib. O deyib ki, Rusiya və İrandan ekspertlər, din xadimləri səviyyəsində Azərbaycana qarşı təhdidlər yönəlib. Buna səbəb Azərbaycanın bölgədə müstəqil siyasət yürütmək xəttini tutmasıdır.

Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər tədbirdə mövzu ilə bağlı məruzə edib. O, hazırda dünyada, regionda baş verən proseslər, bunun Azərbaycan təsiri imkanlarına toxunub. S. Əkbər mövcud vəziyyətin ölkənin təhlükəsizliyinə necə təsir göstərə biləcəyinə diqqəti cəlb edib.

Daha sonra tədbirdə professor Firuddin Cəlilov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AMİP-in baş katibi Arzuxan Əlizadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, hüquqşünas Pərviz Səmədbəyli və digərləri çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR