Marneulidə yol qəzasında 17 baş qoyun tələf olub

Marneulidə yol qəzasında 17 baş qoyun tələf olub
# 01 avqust 2012 07:40 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli rayonunun İmir kəndində yol qəzası baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ötən axşam saat 20.30-da Marneuli-Şulaveri-Sadaxlı avtomobil magistralında XJX 154 seriyalı “Wolsvaqen” markalı avtomobil döngədə kənd sakini Balaca Musayevin 17 baş qoyununu vuraraq öldürüb. Şahidlərin dediyinə görə, qonşu Sereteli kəndindən olan gürcü sürücünün idarə etdiyi avtomobil sürətlə hərəkət edirmiş. Kənd sakinləri sürücünün sürətlə hərəkət edən maşını saxlaya bilmədiyini deyiblər. Hadisə yerinə gələn yol-patrul polisi araşdırmalardan sonra B. Musayevi və adı açıqlanmayan XJX 154 seriyalı “Wolsvaqen” markalı avtomobilin sahibini 100 lari cərimə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR