Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsində Gürcüstandan gələn nəqliyyatın hərəkətində artım müşahidə olunur

Azərbaycanın şimal-qərb bölgəsində Gürcüstandan gələn nəqliyyatın hərəkətində artım müşahidə olunur
# 03 iyul 2008 11:00 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Qırmızı Körpüdən ağır tonnajlı yük maşınlarının hərəkətinin məhdudlaşdırılmasından sonra Azərbaycanın Gürcüstanla sərhəd olan şimal-qərb bölgəsində qonşu ölkədən gələn nəqliyyatın hərəkətində artım müşahidə olunur. Balakən rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən gün qonşu ölkədən Azərbaycana gələn nəqliyyat axınının çoxalması rayonun Mazım Gömrük Buraxılış Məntəqəsində qısa müddətli növbə yaradıb. Görülən tədbirlər nəticəsində nəqliyyatın tezliklə postu keçməsi üçün şərait yaradılıb və növbə aradan qaldırılıb. Lakin buna baxmayaraq, hələ də Gürcüstandan Azərbaycana əsasən iri tonajlı yük maşınlarının axını davam edir.
Balakən rayon Mazım Gömrük Buraxılış Məntəqəsindən də APA-nın yerli bürosuna bildirilib ki, postda ötən gün yaranmış növbə artıq aradan qaldırılıb və vəziyyət tam nəzarət altındadır.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində, Qazax rayonunun ərazisində yerləşən Qırmızı Körpü (Sınıq körpü) iyunun 30-da çöküb. Körpünün 5-10 metr sahəsi çökdüyündən yük maşınlarının buradan hərəkəti dayandırılıb. Hazırda yük maşınları yardımçı körpüdən istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR