Bank Of Baku

Azərbaycana “Honda” avtomobilinin yeni modelləri gətiriləcək

Azərbaycana “Honda” avtomobilinin yeni modelləri gətiriləcək
# 24 iyul 2008 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Honda» avtomobil şirkətinin Azərbaycanda rəsmi distributoru olan «Yenimotors» şirkəti bu ilin sonunadək ölkəyə yeni «Honda Pilot» modelinin idxalına başlayacaq. Bu barədə «APA-Economics»ə «Yenimotors» şirkətinin prezidenti Elçin Əsədov məlumat verib. E. Əsədovun sözlərinə görə, bundan az sonra isə Azərbaycana yeni «Honda Jazz» modeli də gətiriləcək.
«Bundan başqa, yaxın vaxtlarda biz «Honda» motosikletlərinin satışına da başlamaq niyyətindəyik», - deyə E. Əsədov qeyd edib.
Qeyd edək ki, yeni «Honda Pilot» modeli (SUV) 3,5 litr həcmində (253 at gücü) mühərriklə, «Honda Jazz» modeli isə 1,3 litr və 1,5 litr mühərriklərlə təchiz olunub.
Xatırladaq ki, bu ilin əvvəlindən fəaliyyətə başlayan «Yenimotors» şirkətinin təsisçisi «Baku Investments Company» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR