Bank Of Baku

Azərbaycan paytaxtının Baş Planının hazırlanmasına dair Dünya Bankı ilə müzakirələr aparılıb

Azərbaycan paytaxtının Baş Planının hazırlanmasına dair Dünya Bankı ilə müzakirələr aparılıb
# 25 iyul 2008 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DŞAK) Dünya Bankı (DB) ilə Azərbaycan paytaxtının Baş Planının hazırlanması ilə bağlı məsələlər müzakirə olunub. DŞAK-ın beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev «APA-Economics»ə bildirib ki, bu gün komitə sədri Abbas Ələsgərov DB-nın Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. A. Ələsgərov qonaqlara Bakı şəhərinin mövcud Baş Planının icrası ilə əlaqədar qarşıya çıxan problemlər və onların həlli yolları, DB-nın dəstəyi ilə həyata keçiriləcək «Böyük Bakının regional İnkişaf Planı»nın işlənilməsi istiqamətində görülən işlərin gedişatı barədə məlumat verib, işlərin sürətləndirilməsi üçün konkret təkliflər irəli sürüb.
DB nümayəndəsi isə qarşıya çıxan problemlərin aradan qaldırılması və işlərin sürətləndirilməsi sahəsində köməkliklərin göstəriləcəyini, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımların atılacağını vurğulayıb.
Qeyd edək ki, yeni Baş Planın layihəsi DB-nın yardımı ilə hazırlanır. Baş Plan paytaxtla yanaşı, Sumqayıt şəhəri də daxil olmaqla ümumilikdə Abşeron yarımadasını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR