Bank Of Baku

Azərbaycan paytaxtına 22 iritutumlu sərnişin avtobusu gətirilib

Azərbaycan paytaxtına 22 iritutumlu sərnişin avtobusu gətirilib
# 25 iyul 2008 12:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın “Nihad Motors” şirkəti Bakıya Cinin “Şaolin” şirkətinin istehsalı olan “Şaolin” markalı 22 iritutumlu avtobus gətirib. Şirkətdən “APA-EConomics”ə verilən məlumata görə, təqribən 35 min dollara başa gələn yeni avtobuslar paytaxtda 145 saylı marşrutlarda istifadə ediləcək. Avtobusun oturacaqlarının sayı 19, ümumi tutumu isə 50 nəfərdir. Yeni avtobuslar yaxın günlərdə xəttə buraxılacaq.
Qeyd edək ki, artıq Bakıya Azərbaycanda fəaliyyət göstərən Latviyanın “Praeks-Lizinq” şirkəti və ayrı-ayrı iş adamları tərəfindən 160 “Şaolin” avtobusu gətirilib. Həmin avtobusların 130-u hazırda şəhərdaxili marşrutlarda istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR