Bank Of Baku

Dünya Bankı «Bakı Metropoliteninin modernləşdirilməsi» layihəsinin icrasına maliyyə vəsaiti ayırmağa hazırdır

Dünya Bankı «Bakı Metropoliteninin modernləşdirilməsi» layihəsinin icrasına maliyyə vəsaiti ayırmağa hazırdır
# 25 iyul 2008 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda səfərdə olan Dünya Bankının (DB) Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomson Azərbaycan Nəqliyyat Nazirliyi ilə ölkədə bir sıra nəqliyyat layihələri müzakirə edib.
«APA-Economics»in məlumatına görə, bu barədə P. Tomson səfərinin yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında bildirib. P. Tompson qeyd edib ki, müzakirə olunan məsələlər sırasında «Bakı Metropoliteninin modernləşdirilməsi» və «Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi» layihələri də olub: «Bu layihələrin işlənməsi ilkin mərhələdə olduğundan onların dəyərindən danışmaq hələlik tezdir. Lakin onu deyə bilərəm ki, Dünya Bankı bu layihələrdə iştirakda maraqlıdır və onları maliyyələşdirməyə hazırdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR