Bank Of Baku

TRACECA İnvestisiya Fondu yaradılır

TRACECA İnvestisiya Fondu yaradılır
# 28 iyul 2008 08:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. TRACECA Hökumətlərarası Komissiyasının cari ilin dekabrında keçiriləcək konfransında TRACECA İnvestisiya Fondunun yaradılması layihəsinin də müzakirəyə çıxarılması planlaşdırılır. Bu barədə «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A. Mustafayevin sözlərinə görə, Fondun yaradılması layihəsi artıq hazırdır və baxılması üçün üzv ölkələrə təqdim olunub: «Tərəflər layihə ilə tanış olurlar. Hesab edirəm ki, bu məsələ hökumətlərarası konfransda müzakirəyə çıxarılacaq».
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası Azərbaycanın təşəbbüsü ilə 1998-ci ildə yaradılıb. Hazırda quruma Avropa və Asiyanın 12 dövləti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR