Bank Of Baku

TRACECA ilə GUAM arasında əməkdaşlıq sazişi imzalana bilər

TRACECA ilə GUAM arasında əməkdaşlıq sazişi imzalana bilər
# 28 iyul 2008 08:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. TRACECA Hökumətlərarası Komissiyası ilə GUAM-ın Katibliyi arasında əməkdaşlıq sazişi imzalana bilər. Bu barədə «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib. Təşkilatlar arasında əməkdaşlıq sazişinin imzalanmasına dair təkliflə TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbərliyi çıxış edib. Hazırda bununla bağlı işlər aparılır.
A. Mustafayevin sözlərinə görə, GUAM dövlətləri eyni zamanda TRACECA-da təmsil olunduğundan bu sazişin qəbulu realdır. Xatırladaq ki, bu günədək TRACECA ilə yalnız Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyi arasında əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası Azərbaycanın təşəbbüsü ilə 1998-ci ildə yaradılıb. Hazırda quruma Avropa və Asiyanın 12 dövləti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR