Bank Of Baku

Nar Mobile yeni xidmətini təqdim edib

Nar Mobile yeni xidmətini təqdim edib
# 28 iyul 2008 15:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azerfon» MMC «Mənə Zəng Et» yeni xidmətini təqdim edib. Bu barədə «APA-Economics»ə «Azərfon» MMC-dən məlumat verilib. Bundan sonra balansında vəsaiti olmayan Nar Mobile abunəçiləri də ünsiyyətdə ola biləcəklər. Tamamilə pulsuz olan «Mənə Zəng Et» xidməti balansında zəng üçün kifayət qədər vəsaiti olmayan abunəçiləri mobil rabitə ilə təmin etmək məqsədilə yaradılıb. Bu xidmətdən istifadə etmək üçün aşağıda göstərilən şifrəni yığmaq kifayətdir:
*767# (ölkədaxili hər hansı GSM operatorun kodu) (yığılan abunəçinin nömrəsi)#YES Məsələn: *767#0707598302#YES
Yığılan abunəçi birləşmənin təşəbbüskarına zəng etmək xahişi ilə bildiriş mesajı alacaq. Bu xidmətdən Nar Mobile öncədən ödənişli tarif planların istifadəçiləri faydalana bilər.
«Mənə Zəng Et» xidməti həm Nar Mobile, həm də digər yerli mobil operatorların abunəçilərinə zəng etmək xahişini göndərmək imkanını yaradır.
Qeyd edək ki, «Azerfon» MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci il dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən yarım milyondan çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR