Bank Of Baku

Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Acar İnfrastrukturu yaradılacaq

Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Acar İnfrastrukturu yaradılacaq
# 29 iyul 2008 07:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ölkədə elektron imzanın tətbiqi üçün Milli Açıq Acar İnfrastrukturunun yaradılması üçün tender elan edib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iddiaçıların təklifləri tender komissiyaları tərəfindən sentyabrın 9-a qədər qəbul ediləcək. Təklif zərfləri isə sentyabrın 10-da Məlumat Hesablama Mərkəzində açılacaq.
Qeyd edək ki, bu ilin sonuna kimi Azərbaycanda elektron imzanın tətbiqi nəzərdə tutulur. Bu işlər “Elektron imza haqqında” qanuna uyğun həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR