Bank Of Baku

Azərbaycanın turizm infrastrukturunda yerlərin sayı 280-300 minə çatıb

Azərbaycanın turizm infrastrukturunda yerlərin sayı 280-300 minə çatıb
# 29 iyul 2008 16:09 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycanda turizmin vəziyyətinə dair dörd bölgədə sosioloji sorğu aparmışıq. Sorğunun nəticələrinə əsasən ölkə üzrə turizm infrastrukturunda yerlərin sayı 280-300 minə çatıb və bu yerlərin 85-90 faizi doldurulub”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, turizm sahəsində müəyyən problemlərin də olduğunu, amma bunların müvəqqəti xarakter daşıdığını bildirib: “Əsas məsələ budur ki, hazırda Azərbaycanın turizm infrastrukturunun yenidən qurulması prosesi gedir”. Nazir yay mövsümünün nəticələrinin sentyabrın 27-də qeyd ediləcək Beynəlxalq Turizm Günündə təhlil ediləcəyini söyləyib. Ə. Qarayevin sözlərinə görə, gələn ilin aprelində Bakıda Dünya Turizm Təşkilatının Avropa bürosunun toplantısı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR