Bank Of Baku

Bakıda Azərbaycan və Koreya dəmiryolçularının birgə seminarı keçirilir

Bakıda Azərbaycan və Koreya dəmiryolçularının birgə seminarı keçirilir
# 30 iyul 2008 09:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) və Koreya Dəmir Yolunun birgə təşkilatçılığı ilə Bakıda iki günlük texniki seminar başlayıb. “APA-Ecomonics”in məlumatına görə, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov seminarın əsas məqsədinin ADDY-ni Koreyanın dəmir yolları şəbəkəsinin yüksək sürətli dəmir yolu texnologiyaları ilə tanış etmək olduğunu bildirib. Tədbirdə ADDY-nin yenidən qurulması layihəsinin də təqdim ediləcəyini söyləyən M. Pənahov bu tədbirin Azərbaycanın dəmir yollarının yenidən qurulması və perspektivi üçün böyük təkan olacağını vurğulayıb. Nazir müavini qeyd edib ki, iki ölkə dəmiryolu sahəsində əməkdaşlıqla bağlı 2006-cı ilin mayından görüşlər keçirməyə başlayıb. Ötən il Azərbaycan prezidenti İlham Əliyevin Cənubi Koreyaya səfəri zamanı bu məqsədlə Memorandum imzalanıb.
Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çu da dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın uğurlu nəticə verəcəyinə inandığını deyib. Səfir Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Diplomat bu layihə başa çatdıqdan sonra Azərbaycanın regiondakı rolunun artacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR