Bank Of Baku

Gələn ildən Azərbaycan dövlət dəmir yollarının yenidən qurulmasına başlanacaq

Gələn ildən Azərbaycan dövlət dəmir yollarının yenidən qurulmasına başlanacaq
# 30 iyul 2008 09:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva. APA-Economics. Azərbaycan dəmir yollarının yenidən qurulması üzrə dövlət proqramının yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir. “APA-Ecomonomics”in məlumatına görə, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, proqramın əsas istiqamətləri Azərbaycan dövlət dəmir yollarında korporativ islahatlarının aparılması, dəmir yollarının idarə edilməsinin təkmilləşdirilməsi, dəmiryolu infrastrukturunun yeniləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və dəmir yollarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin görülməsidir. Proqramın böyük hissəsini isə infrastruktur layihələr təşkil edir. Bu layihələrdə Azərbaycanın dövlət dəmir yollarının müasir standartlara uyğun yenidən qurulması nəzərdə tutulur: “Yolların yenidən qurulması yük axının artımına, sərnişinlərin hərəkəti üçün lazımi şəraitin yaradılmasına, hərəkətin sürətinin artırılmasına, yüklərin dövriyyəsinin sürətlənməsinə, təhlükəsizliyin təmin olunmasına, yüklərin sahibinə vaxtında çatdırılmasını imkan verəcək. Dəmir yollarının yenidən qurulması layihəsinin təqribi dəyəri 2 milyard dollardır. Layihənin 4 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Layihələrin reallaşdırılmasına 2009-cu ilin əvvəlindən başlanması planlaşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR