Bank Of Baku

Bu ilin sentyabrında Azərbaycan paytaxtında ictimai nəqliyyatın intellektual idarə edilməsi üçün mərkəzin inşasına başlanacaq

Bu ilin sentyabrında Azərbaycan paytaxtında ictimai nəqliyyatın intellektual idarə edilməsi üçün mərkəzin inşasına başlanacaq
# 30 iyul 2008 10:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “Nəqliyyatın intellektual idarə edilmə sisteminin yaradılması layihəsi” çərçivəsində sentyabrda Bakıda İdarəetmə Mərkəzinin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. “APA-Ecomonomics”in məlumatına görə, bu barədə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Nazir müavinin sözlərinə görə, layihənin icrası ilə bağlı artıq podratçı şirkətlə müqavilə başlanıb. M. Pənahov qeyd edib ki, eyni zamanda idarəetmə sisteminin effektiv tətbiqi, bu sistemin ictimai nəqliyyatın idarə olunmasına təsir göstərməsi üçün paytaxtın bütün yollarında tədqiqatlar aparılır.
Qeyd edək ki, 2007-ci ilin aprel ayında Azərbaycan Nəqliyyat Nazirliyi ilə Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə anlaşma Memorandumu imzalanıb. Bu sənəd çərçivəsində Cənubi Koreya Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasında Azərbaycana kömək edəcək. Layihənin ilkin dəyəri 50-55 mln. ABŞ dolları həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR