Bank Of Baku

“Azərpoçt″ sabah “Qaynar xətt” təşkil edəcək

“Azərpoçt″ sabah “Qaynar xətt” təşkil edəcək
# 31 iyul 2008 16:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ″Azərpoçt″ Dövlət Müəssisəsi avqustun 1-də saat 11.00-dan 13-00-dək Astarada (Astara Poçt Filialında) canlı bağlantı vasitəsilə “Qaynar xətt” təşkil edəcək. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar (0195) 5-18-18 saylı telefon vasitəsi ilə poçt rabitə xidmətləri haqqında irad, təklif və tövsiyələrini bildirə biləcəklər. Daxil olan müraciətlər araşdırılaraq cavablandırılacaq.
Bundan əlavə, “Azərpoçt”un nümayəndələri rayonun şəhər və kənd poçt şöbələrinə baxış keçirəcək, əhali ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR