Bank Of Baku

Rusiyalı milyarder «Hummer» avtomobil şirkətini almaq niyyətindədir

Rusiyalı milyarder «Hummer» avtomobil şirkətini almaq niyyətindədir
# 01 avqust 2008 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiyanın Qorkov Avtomobil Zavodu (QAZ) ABŞ-ın «General Motors» konserninə məxsus olan «Hummer» avtomobil şirkətini ala bilər. «APA-Economics»in məlumatına görə, Rusiya mətbuatı rusiyalı milyarder Oleq Deripaskaya məxsus olan QAZ-ın «Hummer»i almaq niyyətində olduğunu yazır. Bundan başqa, «Hummer»i Çin (SAIC korporasiyası) və Hindistandan («Mahindra & Mahindra» şirkəti) olan şirkətlərin alacağına dair də xəbərlər var. Lakin Hindistanın «Mahindra & Mahindra» şirkəti «Hummer»i almayacaqlarını bildirib. Belə ki, şirkət artıq özü ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobillərin istehsalına başlamaq niyyətindədir.
Qeyd edək ki, «General Motors»a məxsus «Hummer» avtomobil şirkəti konsernin maliyyə problemləri ilə üzləşməsi səbəbindən satılır. ABŞ-ın «Citibank» maliyyə institutu da «Hummer»in satılması üçün potensial müştəri axtarır.
Xatırladaq ki, ABŞ avtomobil mütəxəssislərin fikrincə, artıq bir neçə ildən sonra Amerika avtomobil bazarında ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobil və pikapların satışı kəskin azalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR