Bank Of Baku

“Azercell” “Yubiley hədiyyələri” kampaniyasının dörd qalibinə avtomobil hədiyyə edib

“Azercell” “Yubiley hədiyyələri” kampaniyasının dörd qalibinə avtomobil hədiyyə edib
# 01 avqust 2008 14:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “Azercell Telekom” MMC-nin keçirdiyi “Yubiley hədiyyələri” yay kampaniyasında dörd nəfərə avtomobil hədiyyə edilib. “APA-Economics”in məlumatına görə, artıq kampaniyaya çıxarılan 10 “Toyota Corolla” avtomobilinin altısı udulub. “Azercell”in vitse-prezidenti Ali Ağan bu gün dörd qalibə “Toyota Corolla” avtomobilinin açarlarını təhvil verib. “SimSim”in 10 illiyinə həsr olunan “Yubiley hədiyyələri” kampaniyası avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, “Yubiley hədiyyələri” kampaniyası çərçivəsində artıq 347,584 abonent balansına 435,363, 434 bonus kontur yükləyib. Kampaniyada 10, 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi Ödəmə kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartları iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR