Bank Of Baku

Kompüter təhlükələrinin qarşısının alınması üçün Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz yaradılacaq

Kompüter təhlükələrinin qarşısının alınması üçün Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz yaradılacaq
# 01 avqust 2008 15:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “Elektron Azərbaycan” Dövlət Proqramının icrası və Azərbaycanın Avropa Şurasının “Kibercinayətkarlığa dair Konvensiyası”na qoşulması ilə əlaqədar Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin (AZ-CERT) yaradılması nəzərdə tutulub. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda bu sahədə dünya təcrübəsi öyrənilməkdədir. Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz “az” domen zonasında fəaliyyət göstərəcək, saytların hazırlanması və istifadə zamanı texniki, texnoloji və proqramlaşdırma sahəsində buraxılan boşluqların aradan qaldırılmasına yardımçı olacaq. AZ-CERT kompüter təhlükələrinin yaranmasında bu və ya digər formada iştirak edən şəxslərin və qurumların fəaliyyətinin dayandırılması, resursların bağlanılması, internet ünvanların bloklanması və s. bu kimi səlahiyyətlərə malik olmayacaq. Belə hallarda əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Milli Mərkəz RİTN-in nəzdində fəaliyyət göstərəcək və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edəcək. Mərkəz kompüter təhlükələrinin qarşısının alınması üçün təcili tədbir kimi Milli İnternet məkanına və mövcud informasiya sistemlərinə gözlənilməyən, təsadüfi və qərəzli müdaxilələr barədə məlumatlar toplayacaq, yarana biləcək fəsadların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq, yardım göstərilməsi üçün öz xidmətlərini təklif edəcək, əhalinin, dövlət və digər qurumların məlumatlandırılmasının təmin edilməsini həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR