Bank Of Baku

Azərbaycan ərazisində özbaşına inşa olunmuş tikililərin inventarizasiyası aparılır

Azərbaycan ərazisində özbaşına inşa olunmuş tikililərin inventarizasiyası aparılır
# 01 avqust 2008 16:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda qanunsuz tikililər əsasən mənzil fonduna daxildir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bildirib. A. Qaraşovun sözlərinə görə, hazırda ölkə ərazisində özbaşına inşa olunmuş tikililərin inventarizasiyası aparılır: «Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində qanunsuz tikililərin siyahısı hazırlanacaq. Bundan sonra həmin məlumat hökumətə təqdim olunacaq. Hökumətin qərarı ilə bu tikililərin taleyinə baxıla bilər».
Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesablamalarına görə, Azərbaycanda qanunsuz tikililərin sayı 400 mindən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR