Bank Of Baku

Yaponiya yeni «Mazda 3» avtomobilinin istehsalına başlayıb

Yaponiya yeni «Mazda 3» avtomobilinin istehsalına başlayıb
# 02 avqust 2008 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin noyabr ayında Los-Ancelesdə (ABŞ) Yaponiyanın «Mazda» avtomobil şirkəti yeni «Mazda 3» modelinin təqdimatını keçirəcək.
«APA-Economics»in məlumatına görə, aqressiv xarici görünüşə malik olacaq yeni model 1,6 litr və 2,0 litr həcmində mühərriklərlə təchiz olunacaq. Bundan başqa, avtomobil 1,6 litrlik dizel mühərriki ilə də yığılacaq ki, bu model yalnız Avropa avtomobil bazarlarına çıxarılacaq. Həmçinin bu nəslə aid olan «Mazda 3 MPS» modeli də yığılacaq ki, bu avtomobildə 2,5 litr həcmində (250-270 at gücü) mühərrik quraşdırılacaq.
Qeyd edək ki, «Mazda» avtomobil şirkəti bu ilin avqust ayında Moskvada keçiriləcək avtomobil sərgisində yeni «Mazda CX-5» krossoverini də nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR