Bank Of Baku

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb
# 04 avqust 2008 08:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənovun birgə əmri ilə standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK) yaradılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, komitənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaratmaq, müvafiq tənzimləyici normativ sənədlərin işləmək, onlardan istifadənin effektivliyinin artırmaq, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak etməkdir. RİTN-in Məlumat Hesablama Mərkəzi (MHM) TK-nın baza təşkilatı kimi müəyyən olunub. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Texniki Komitənin sədri, MHM-nın direktoru Nail Mərdanov və SMPDA-nın standartlaşdırma şöbəsinin müdiri Məzahir Səmədzadə sədr müavinləri, MHM-in İnsan resursları və hüquq şöbəsinin müdiri Xalid Mikayılov isə məsul katib təyin olunub. Hazırda TK-ya üzv olacaq təşkilatların və nümayəndələrin siyahısı formalaşdırılır. TK-nın fəaliyyətinə metodiki köməyin göstərilməsi və əlaqələndirmənin təmin edilməsi RİTN-in strateji planlaşdırma və elmi potensial şöbəsinə həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR