Bank Of Baku

“Azerfon” şirkəti Azərbaycanda 73 baza stansiya quraşdırıb

“Azerfon” şirkəti Azərbaycanda 73 baza stansiya quraşdırıb
# 04 avqust 2008 12:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın mobil operatoru olan “Azerfon” şirkəti iyul ayı ərzində ölkə ərazisində daha 73 baza stansiya quraşdırıb. Şirkətin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yeni stansiyalar Bakı, Abşeron, Qobustan, Gəncə, Ağcabədi, Ağsu, Cəlilabad, Yevlax, Astara, Bərdə, Göyçay, Neftçala, İsmayıllı, Kürdəmir, Xızı, Ağdaş, Lənkəran, Masallı, Ucar, Şamaxı, Salyan, Tərtər, Şəki, Qəbələ, Goranboy, Saatlı, Sabirabad, Ağdam, Ağstafa, Beyləqan, Biləsuvar, Qax, Hacıqabul, İmişli, Oğuz, Samux və Şəmkir şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə iyun-iyul aylarında ölkədə quraşdırılan stansiyaların ümumi sayı 86-dır.
Hazırda Nar Mobile şəbəkəsi ölkənin 80%-i əhatə edir.
Qeyd edək ki, “Azerfon” MMC Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin 30 dekabrında aldığı lisenziya əsasında GSM standartlı mobil rabitə xidmətləri göstərir. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il, martı 21-də Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 500 000-dən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR