Bank Of Baku

Azərbaycanla Belarus arasında dövlət reyestri sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanla Belarus arasında dövlət reyestri sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 04 avqust 2008 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsi ilə Belarus Unitar Müəssisəsinin «Dövlət Reyestri və Torpaq Kadastrı üzrə Minsk Şəhər Agentliyi» arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Memorandum hər iki ölkənin qanunvericilik bazası əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır. Memorandum çərçivəsində iki təşkilatı arasında əlaqələrin gücləndirilməsi, mütəxəssis mübadiləsi, birgə konfransların, seminarların, təcrübi məşğələlərin, təşkili və həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər nəzərdə tutulub. Sənədi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin rəisi Qoşəli Cəfərov, Belarus Unitar Müəssisəsinin «Dövlət Reyestri və Torpaq Kadastrı üzrə Minsk Şəhər Agentliyi»nin direktoru İqor Stoma imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR