Bank Of Baku

Nar Mobile abunəçiləri bankomat vasitəsilə ödəniş apara biləcəklər

Nar Mobile abunəçiləri bankomat vasitəsilə ödəniş apara biləcəklər
# 05 avqust 2008 08:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın mobil operatoru olan “Azerfon” şirkəti “Xalq Bank” ASC və “Azericard” MMC ilə üçtərəfli müqavilə imzalayıb. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, Nar Mobile abunəçiləri plastik kartlar vasitəsilə ölkədə istənilən bankın bankomatından istifadə etməklə Nar Mobile xidmətləri üzrə ödənişlər edə biləcəklər. Bankomat vasitəsilə ödəniş Nar Mobile abunəçilərinin maksimum rahatlığını təmin edəcək, onlara həftənin bütün günlərində 24 saat ərzində Nar Mobile xidmətləri üçün ödəniş aparmaq imkanını yaradacaq. Hazırda Nar Mobile abunəçiləri mobil rabitə xidmətlərinə görə ödənişi Nar Mobile Mərkəzlərində və müvəkkil banklar vasitəsilə, eləcə də müvəkkil bankların bankomatlarından plastik kartdan istifadə etməklə və ya Nar Kart vasitəsi ilə həyata keçirirlər. Tarif Planından asılı olmayaraq, minimal ödənişin məbləği 1 manatdır.
Qeyd edək ki, “Azerfon” MMC Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin 30 dekabrında aldığı lisenziya əsasında GSM standartlı mobil rabitə xidmətləri göstərir. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il, martı 21-də Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 500 000-dən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR