Bank Of Baku

«AzAL» 8 yeni «Boeing» avialaynerləri alacaq

«AzAL» 8 yeni «Boeing» avialaynerləri alacaq
# 05 avqust 2008 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC («AzAL») ABŞ-ın «Boeing» korporasiyası ilə nəzərdə tutulmuş 5 təyyarənin əvəzində yeni 8 avialaynerin alınmasına dair saziş imzalayıb. «APA-Economics»in Rusiyanın «Vzqlyad» qəzetinə istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən, «Boeing» korporasiyası «AzAL»a 2010-2011-ci illər ərzində 4 ədəd «B-737-900ER», 2 ədəd «B-767-300ER» və 2 ədəd «B-787-8» avialayneri göndərəcək. Təyyarələr mövcud avialayner parkının modernləşdirilməsi, Avropa, Asiya və Amerika qitələrinə yeni aviareyslərin açılması məqsədilə alınır. Müqavilənin dəyəri açıqlanmasa da, təyyarələr aparıcı xarici banklardan cəlb olunacaq uzunmüddətli kreditlər hesabına alınacaq.
Qeyd edək ki, 2007-ci ildə «Boeing» və «AzAL» arasında imzalanmış sazişə əsasən, 2 ədəd «Boeing-737-900» və 3 ədəd «Boeing -787-8» təyyarəsinin alınması nəzərdə tutulurdu. Müqavilənin dəyəri isə 401 mln. ABŞ dolları təşkil edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR