Bank Of Baku

“Nar Mobile” abunəçiləri üçün keçirilən “Əylən və qazan” aksiyasının qalibləri müəyyənləşib

“Nar Mobile” abunəçiləri üçün keçirilən “Əylən və qazan” aksiyasının qalibləri müəyyənləşib
# 05 avqust 2008 14:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “Azerfon” şirkəti “Nar Mobile” abunəçiləri üçün aprelin 8-dən iyulun 20-dək keçirdiyi “Əylən və qazan” aksiyanın qaliblərini müəyyənləşdirib. Şirkətin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aksiyanın qalibi Şahin Ağayev 1 noutbuk, digər qaliblər 4 iPod, 20 yaddaş kartı və başqa dəyərli hədiyyələr qazanıblar.
Mobil əyləncəni sevən istifadəçilər üçün xüsusi olaraq hazırlanmış “Əylən və qazan” aksiyanın şərtlərinə görə, abunəçilər “Nar Mobile” menyu bələdçisinin SMS-İnfo, SMS-Abunə, Realton, Video, JAVA oyunlar və ya Fultrek bölmələrindən hər hansı bir kontenti sifariş etməklə ballar toplayıblar. Nəticədə ən çox bal toplamış abunəçilər “Əylən və qazan” aksiyasının qalibi elan ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR