Bank Of Baku

“Azercell” abonentləri üçün yeni kampaniyaya start verib

“Azercell” abonentləri üçün yeni kampaniyaya start verib
# 05 avqust 2008 14:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın mobil operatoru olan “Azercell” şirkəti bu gündən yeni “MMS-fanat” kampaniyasına başlayıb. “Azercell”-dən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 5-də yekunlaşacaq kampaniya zamanı “Maksimum” proqramının istifadəçisi olan “Azercell” abonentləri “MMS-fanat” kampaniyasına qoşulmaqla gün ərzində yüzlərlə pulsuz MMS göndərə biləcəklər. Kampaniyaya qoşulmaq üçün abonent ilk növbədə MMS sözünü yazıb, SMS-lə 7778 qısa nömrəsinə göndərməlidir. Bundan sonra abonentə 7778 qısa nömrəsindən kampaniyaya qoşulması haqqında təsdiq mesajı gələcək. Təsdiq mesajı aldıqdan alan abonent avtomatik olaraq bu kampaniyanın iştirakçısına çevrilir. “Maksimum”çular gün ərzində cəmi 200 kontur xərcləməklə 300 MMS göndərə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR