Bank Of Baku

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri üçün seminar-treninq keçirilib

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri üçün seminar-treninq keçirilib
# 06 avqust 2008 18:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) Xidmətin ərazi idarələrində çalışan yer quruluşu mütəxəssisləri üçün seminar-treninq keçirilib. DƏDRX-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, mütəxəssislərin müasir avadanlıqlarla işləmə bacarığının artırılması məqsədinə yönəlmiş seminar-treninqdə ərazi idarələrinin 45-dən artıq əməkdaşı iştirak edib.
Xidmət rəisinin müavini İlham Bayramov Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış kredit sazişi üzrə həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində hazırlanan ortofotoxəritələr, qurulan peyk-istinad stansiyaları (CORS) və onların iş prinsipləri haqqında iştirakçılara geniş məlumat verib. Çöl-ölçmə işlərinin dəqiqliyinin təmin olunmasında, daşınmaz əmlakın dəqiq və tam məlumat bazasının formalaşdırılmasında yer quruluşu mütəxəssislərinin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirə dəvət edilmiş aerogeodeziya mütəxəssisləri DƏDRX əməkdaşlarının bu sahə üzrə biliklərinin artırılması məqsədilə müvafiq təqdimatlar keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR