Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının balansındakı gəmilərin təmiri üçün tələb olunan avadanlıqların alınması məqsədi ilə tender keçirilir

Xəzər Dəniz Neft Donanmasının balansındakı gəmilərin təmiri üçün tələb olunan avadanlıqların alınması məqsədi ilə tender keçirilir
# 06 avqust 2008 14:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması balansındakı gəmilərin təmiri üçün tələb olunan avadanlıqların alınması məqsədi ilə tender keçirir. Bu barədə «APA-Economics»ə tender komissiyasından məlumat verilib.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Xocalı prospekti 13 ünvanında yerləşən Xəzər Dəniz Neft Donanmasının Marketinq şöbəsinə (tel/faks: 490-20-26) müraciət edə və iştirak haqqı kimi 200 ABŞ dolları və bu məbləğin 18 faizi qədər əlavə dəyər vergisi (cəmi 236 ABŞ dolları) ödədikdən sonra tender sənədlərini ala bilərlər.
Avadanlıqların və ehtiyat hissələrinin yükalanın ünvanına müqavilə imzalandığı tarixdən etibarən 3 ay müddətindən gec olmamaq şərti ilə çatdırılması tələb olunur. Malların dəyəri mal göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcək.

İddiaçılar sənədləri Xəzər Dəniz Neft Donanmasına sentyabrın 18-dək, tender təklifini isə sentyabrın 25-dək təqdim etməlidir. Tender təklifləri sentyabrın 26-da açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR