Bank Of Baku

Əli Abbasov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Əli Abbasov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
# 06 avqust 2008 15:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün nazirliyin dəstəyi ilə xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan tələbələrlə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, istedadlı gənclərin dünyanın tanınmış universitetlərində İKT sahəsinə aid ixtisaslar üzrə təhsil almasını kadr hazırlığı istiqamətində görülən vacib iş kimi dəyərləndirib. RİTN-in xətti ilə xarici ölkələrdə 44 nəfər azərbaycanlı gəncin xaricdə təhsil aldığını bildirən Ə. Abbasov onların yüksək keyfiyyətli mütəxəssis kimi yetişəcəklərinə ümid etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR