Bank Of Baku

“Maliyyə xidmətlərinin inkişafı” layihəsinin fərdi məsləhətçiləri sentyabrda müəyyənləşəcək

“Maliyyə xidmətlərinin inkişafı” layihəsinin fərdi məsləhətçiləri sentyabrda müəyyənləşəcək
# 07 avqust 2008 09:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində fərdi məsləhətçilərin seçimi yaxın bir ay ərzində başa çatacaq. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində fərdi məsləhətçi kimi iştirak etmək üçün 6 nəfər müraciət edib. Onlardan biri Azərbaycan, qalanları isə xarici ölkə vətəndaşıdır. Azərbaycan hökuməti layihənin maliyyələşdirilməsi məqsədilə Dünya Bankından aldığı 12,5 mln. dollar məbləğində kreditin bir hissəsini məsləhət xidmətlərinə sərf etmək niyyətindədir.

Məsləhət xidmətinə “Azərpoçt”un şəbəkəsi üçün qoşulmalarla bağlı məsləhətlərin verilməsi daxildir. Fərdi məsləhətçi bütün real alternativlərin və hər bir alternativ (hər bir yer üzrə) aydın şəkildə əsaslandırma göstərilməklə, ən yaxşı tövsiyə olunun həll variantını (və ya həllərin kombinasiyasını) hazırlamalıdır. Məsləhətçi tövsiyə olunmuş həllə uyğun olaraq, “Azərpoçt” DM-in icra qrupu ilə əməkdaşlıq şəraitində müfəssəl texniki spesifikasiyanı hazırlamalı, tenderin cavabları və tövsiyələr üçün, eləcə də zərurət yaranacağı təqdirdə qəbul sınaqları üçün veriləcək məsləhətlərə nəzarət etməlidir. DB-nın “Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və fəaliyyət göstərməsinə dair” təlimatına uyğun 3-5 fərdi məsləhətçinin seçilməsi nəzərdə tutulur. Seçiləcək məsləhətçilər 2-4 ay ərzində sadalanan işləri görəcəklər.

Xatırladaq ki, 2005-ci ilin mayın 24-də imzalanan və oktyabrın 14-dən hüquqi qüvvəyə minən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin dəyəri 17,5 mln. dollardır. Onun 12,5 mln. dollarını DB Azərbaycana kredit kimi verib. Qalan 5 milyon dollar vəsait isə Azərbaycan hökumətinin payıdır. Bu layihəyə uyğun olaraq, 2008-ci ilin sonu-2009-cu ilin əvvəlinə kimi Azərbaycanda fəaliyyət göstərən 1600 poçt şöbəsindən 1200-ü bank-maliyyə xidmətləri göstərməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR