Bank Of Baku

“Cisco” şəbəkə texnologiyaları sənayesi üzrə ən yaxşı təchizatçı şirkət adlandırılıb

“Cisco” şəbəkə texnologiyaları sənayesi üzrə ən yaxşı təchizatçı şirkət adlandırılıb
# 07 avqust 2008 11:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. “AMR Research” analitik şirkətin tərtib etdiyi siyahıya görə, ABŞ-ın “Cisco” şirkəti şəbəkə texnologiyaları sənayesi üzrə ən yaxşı təchizatçı adlandırılıb. “Cisco”dan “APA-Economics”ə verilən məlumata görə, “Cisco” İnternet üçün şəbəkə texnologiyalarının və avadanlığın təchizatı ilə məşğul olan şirkətlər arasında ən yaxşı təchizatçılar siyahısına daxil olan yeganə şirkətdir. Ən yaxşı təchizatçıların ümumi siyahısında “Cisco” 8-ci yeri tutub. “AMR Research” şirkəti bu siyahının ilk onluğuna “Cisco” ilə yanaşı, ardıcıl olaraq “Anheuser-Busch”, “Apple”, “Dell”, IBM, “Nokia”, “Procter & Gamble”, “Samsung Electronics”, “Toyota” və “Wal-Mart” şirkətlərini daxil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR