Bank Of Baku

İyul ayında tikinti materiallarının qiyməti 0,6% düşüb

İyul ayında tikinti materiallarının qiyməti 0,6% düşüb
# 07 avqust 2008 15:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyul ayında Bakı şəhəri üzrə tikinti materialları bazarında qiyməti izlənmiş 38 adda, 84 çeşiddə tikinti materiallarından 16-sı üzrə qiymət azalması, 63-ü üzrə stabillik, 5-i üzrə isə qiymət artımı müşahidə edilib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə iyun ayı ilə müqayisədə 0,6% azalma baş verib.

Qiymət artımı, əsasən boru (1,4%), üzlük daş (0,5%), qiymət azalması isə şüşə pambıq (4,8%), tamet (2,9%), dam örtüyü (2,4%), asma tavan (2,2%), profil (1,4%), izolyasiya materialı (1,4%), kərpic (1,3%), penaplast (1,2%), və s. üzrə qeydə alınıb. İlin əvvəli ilə müqayisədə iyul ayında orta qiymət artımı 10,6%, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 8,6% təşkil edib.

Qiymət indeksi isə ötən aya nisbətən 0,6% azalaraq, 176,5 bənd səviyyəsində qərarlaşıb. Tikinti materiallarının bəzilərində qiymət azalması mövsümi amillərlə bağlıdır. Yay mövsümü üçün qiymətlərdə müəyyən qədər səngimələr xarakterik sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR