Bank Of Baku

Əli Abbasov BTİ-nin baş katibi ilə Azərbaycan milli peykinin orbitdə yerləşdirilməsi məsələsini müzakirə edəcək

Əli Abbasov BTİ-nin baş katibi ilə Azərbaycan milli peykinin orbitdə yerləşdirilməsi məsələsini müzakirə edəcək
# 11 avqust 2008 09:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Ümumdünya Poçt İttifaqının (ÜPİ) iyulun 23-dən Cenevrədə başlanılan 24-cü Konqresinin yekun sessiyasında iştirak edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, konqresin bu gün başlayan yekun sessiyası sabah yekunlaşacaq. 190-dan çox ölkənin qatıldığı Konqresdə 1500 yaxın nümayəndə iştirak edir.

Səfər çərçivəsində nazir ÜPİ-nin Baş direktoru Eduard Dayanla görüşəcək və Azərbaycanla təşkilat arasında əlaqələrin inkişafı barədə danışıqlar aparacaq. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture ilə görüşündə isə Azərbaycanın milli peykinin geostasionar orbitdə yerləşdirilməsi üçün orbital resursların əldə olunması ilə bağlı müzakirələr aparacaq.

Ə. Abbasov ÜPİ-yə üzv dövlətlərlə İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra ölkələrin rabitə nazirləri ilə ikitərəfli görüşlər də keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR