Bank Of Baku

Azərbaycandan dəmir yolu vasitəsi ilə Poti limana göndərilən yüklər hazırda Batumi və digər istiqamətlərə yola salınır

Azərbaycandan dəmir yolu vasitəsi ilə Poti limana göndərilən yüklər hazırda Batumi və digər istiqamətlərə yola salınır
# 11 avqust 2008 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gürcüstanın Poti şəhərinin Rusiya aviasiyası tərəfindən bombalanması səbəbindən Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) bu limandan yola salınan yüklərin istiqamətini dəyişib. Bu barədə «APA-Economics»ə ADDY-dən məlumat verilib.

Azərbaycandan dəmir yolu vasitəsi ilə Poti limana göndərilən yüklər hazırda Batumi və digər istiqamətlərə yola salınır.

ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, son günlər Bakı-Tiflis və əks istiqamətdə sərnişin qatarlarının hərəkəti davam etdirilib. Sərnişin sıxlığı və ya azalmanın qeydə alınmadığını deyən N. Əzməmmədovun sözlərinə görə, yük qatarlarının da hərəkətində heç bir problem yoxdur.

Bu gün Azərbaycandan Gürcüstana 11 yük qatarı (388 vaqon) yola salınıb, 6 qatar isə (310 vaqon) qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR