Bank Of Baku

Azərbaycan paytaxtında inşa olunan avtovağzal sentyabrın sonu, oktyabrın əvvəllərində istifadəyə veriləcək

Azərbaycan paytaxtında inşa olunan avtovağzal sentyabrın sonu, oktyabrın əvvəllərində istifadəyə veriləcək
# 11 avqust 2008 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan paytaxtında inşa edilən avtovağzal bu il sentyabrın sonu, oktyabrın əvvəllərində istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. Hazırda avtovağzalda aparılan son tamamlama işləri sentyabrın ortalarınadək yekunlaşacaq.

Yeni avtovağzala Bakıdan rayonlara və əks istiqamətdə sərnişin daşıyan müasir tələblərə cavab verən avtobuslar buraxılacaq. Hazırda rayonlararası sərnişindaşımada iştirak edən bütün hüquqi və fiziki şəxslərə istifadələrində olan avtobusların müasir tələblərə cavab verən komfortlu avtobuslarla əvəz etmələri barədə xəbərdarlıq olunub.

Xatırladaq ki, Bakı-Sumqayıt yolunun üzərində inşa edilən yeni avtovağzal 5 mərtəbədən ibarətdir. Avtovağzalın mərtəbələrindən biri ticarət mərkəzi, biri 1100 maşın tutumlu dayanacaqdır. Avtovağzal kompleksinə həmçinin 95 otaqlı 3 ulduzlu otel də daxildir.

Avtovağzal gündə 15-20 min nəfər sərnişinə və 800-1000 avtobusa xidmət göstərəcək. Burada həm beynəlxalq, həm ölkədaxili, həm də Bakı şəhəri üzrə sərnişin daşımaları həyata keçiriləcək. Avtovağzaldan əsasən respublikanın şimal rayonlarına və MDB ölkələrinə sərnişinlər daşınacaq.

Tikintisinə 2004-cü ildə başlanmış avtovağzalın layihəsinin smeta dəyəri 65-70 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR