Bank Of Baku

Gürcüstanda gedən hərbi əməliyyatlar Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşmasına təsir göstərməyəcək

Gürcüstanda gedən hərbi əməliyyatlar Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşmasına təsir göstərməyəcək
# 12 avqust 2008 09:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gürcüstanda gedən hərbi əməliyyatlar Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin (BTQ) reallaşmasına heç bir təsir göstərməyəcək. Bunu «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev bildirib.

Prosesin dəmir yolunun tikintisini müəyyən qədər ləngidə biləcəyini istisna etməyən A. Mustafayevin sözlərinə görə, beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşdığı Gürcüstanda hərbi əməliyyatların uzun müddət davam etməsi mümkün deyil: «Bu ölkədən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin dayanması müvəqqətidir. Yaranmış vəziyyət uzun müddət davam etməyəcək və yəqin ki, infrastruktur yaxın vaxtlarda bərpa olunacaq».

A. Mustafayev Poti limanının bombalanması nəticəsində TRACECA dəhlizində daşımaların aşağı düşdüyünü qeyd edib. TRACECA nümayəndəsinin sözlərinə görə, əvvəl bu dəhliz üzrə 700 vaqon yola salındığı halda, hərbi əməliyyatlar başlayandan sonra bu göstərici azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəmir Yolu ötən gün Azərbaycandan Gürcüstana 388 vaqon yola salınması barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR